Infini hesabınızı və onunla bağlı şəxsi məlumatları istədiyiniz vaxt silə bilərsiniz. Ən sürətli yol tətbiqin özündədir; tətbiqə girə bilmirsinizsə, aşağıdakı formadan istifadə edin.
Tətbiqdə
- Infini tətbiqində hesabınıza daxil olun.
- “Profil” bölməsini açın və “Məxfilik və təhlükəsizlik” seçin.
- “Hesabı sil” düyməsinə toxunun və təsdiqləyin. Bu, həm cütlük, həm də vendor hesabları üçün eyni işləyir.
Nələr silinir
- Hesabınız: ad, email, şifrə, profil şəkli və tənzimləmələr.
- Saxladığınız vendorlar, ideyalar və paylaşımlar, bildiriş qeydiyyatları.
- Vendor hesabında: profil, xidmətlər, qiymətlər, agenda, abunəlik, paylaşımlar, hekayələr və şəkillər.
Nələr qala bilər
- Toyda partnyorunuz varsa, toyun planı (tədbirlər, qonaqlar, büdcə) onda qalır.
- Artıq göndərilmiş mesajlar, sifarişlər və rəylər qarşı tərəfdə görünməyə davam edə bilər.
- Ödəniş və sifariş qeydləri qanunun tələb etdiyi müddətə qədər saxlanıla bilər. Ehtiyat nüsxələr 30 gün ərzində təmizlənir.
Tətbiqə girə bilmirsiniz?
Hesabın emailini yazın. Həmin ünvana təsdiq linki göndərəcəyik; linkə keçib təsdiqlədikdən sonra tətbiq hesabınız dərhal silinir. Avtomatik silinə bilməyən hissəni komandamız 30 gün ərzində silir və sizə xəbər verir.
