Dəvətnamə əlavəsi
Hədiyyə zərfi
Dəvətnamənin içində açılan bir zərf. Qonaq kart nömrəsini bir toxunuşla köçürür, öz bankından göndərir, sonra kimdən olduğunu yazır. Siz hamısını bir siyahıda görürsünüz.
Dəvətnamənin qiymətinə 10,00 ₼ əlavə olunur.
Necə işləyir
Kartlarınızı yazırsınız
Dörd kartadək: bank, kartın kimə aid olduğu və nömrə ya IBAN. İstəsəniz hər kartı gəlin və ya bəy tərəfinə bağlayırsınız.
Qonaq zərfi açır
Dəvətnamədə zərf açılır, kart nömrəsi görünür və bir toxunuşla kopyalanır.
Qonaq öz bankından göndərir
Köçürməni qonaq öz bank tətbiqində edir. Biz yalnız nömrəni göstəririk.
Sizə bildirir
Adını, istəsə məbləği və qısa qeydi yazır, qəbzin şəklini də əlavə edə bilər. Zərf bağlanır, siyahıya bir sətir düşür.
Nə əldə edirsiniz
- Dörd kartadək; gəlin və bəy tərəfi ayrıca göstərilə bilər
- Kart nömrəsi bir toxunuşla kopyalanır
- Gün ərzində ən az yüklənmiş kart öndə təklif olunur
- Qəbz şəkli, məbləğ və qeyd bir yerdə saxlanılır
- Panelinizdə ümumi məbləğ özü yığılır
- İstəsəniz QR şəkli də qoya bilərsiniz
Nəyi etmir
- Bu, ödəniş sistemi deyil: pul bizim üzərimizdən keçmir, qonaq öz bankından birbaşa sizin kartınıza köçürür
- Məbləğ qonağın öz yazdığıdır və yoxlanılmır · yoxlama ayrıca əlavədir
- Kartlar dəvətnaməni hazırlayarkən yazılır, sonradan panel üzərindən dəyişdirilmir
- Eyni qonaq iki dəfə yazsa iki hədiyyə kimi görünür, bu qəsdəndir
Tez-tez verilən suallar
Pul sizin hesabınıza düşür?
Xeyr. Köçürmə qonağın bankından birbaşa sizin kartınıza gedir. Biz nə vasitəçiyik, nə də komissiya götürürük.
Niyə bir neçə kart?
Bir fərdi karta gün ərzində gələn köçürmələrin sayı bankda məhdud ola bilər. Bir neçə kart olanda sistem yükü öz-özünə bölür.
Dolu kart gizlədilir?
Xeyr, sadəcə siyahının altına düşür. Say yalnız qonaqların bildirdiyi hədiyyələrə əsaslanır, ona görə gizlətmək düzgün olmazdı.
Qonaq məbləği yazmasa?
Olar. Ad kifayətdir, qalanı könüllüdür.
Qəbzləri kim yoxlayır?
Özünüz. İstəsəniz qəbzlərin avtomatik yoxlanması əlavəsi ilə qəbzlər oxunur və şübhəli olanı sizə bildirilir.
Digər əlavələr
Kim gələcək?
Qonaq dəvətnamənin içində gələcəyini və neçə nəfər olacağını təsdiqləyir.
Masa düzəni
Salonun planını qurun, qonaqları masalara bölün, siyahıları çap edin.
WhatsApp bildirişi
Toyun saatını və masa nömrəsini hər qonağa WhatsApp ilə göndərin.
Qəbzlərin avtomatik yoxlanması
Qonağın yüklədiyi qəbz avtomatik oxunur, şübhəli olanı sizə bildirilir.
Toy büdcəsi
Kimin nə qədər yazdırdığı və bütün xərclər bir yerdə, qalıq özü çıxır.
Qonaq albomu
Masalardakı QR kart: qonaqlar öz şəkillərini yükləyir, hamısı sizdə toplanır.
